• S. Hansı ölkələrin vətəndaşları yarışda iştirak edə bilərlər?
    C.Yalnız Azərbaycan vətəndaşları.
  • S. Qeydiyyata alınmaq və ya müsabiqədə iştirak etmək üçün şəxsiyyəti təsdiq edən vəsiqə ilə gəlmək zəruridirmi?
    C.Bəli, qeydiyyata alınmaq və müsabiqədə iştirak etmək üçün şəxsiyyəti təsdiq edən vəsiqə və ya şəxsiyyəti təsdiq edən digər sənədlə gəlmək zəruridir.
  • S. Oyun ərzində şəxsi nick-i dəyişmək olarmı?
    C.Xeyr, siz qeydiyyata alındığınız nick -lə oynamalısınız.
  • S. Oyun ərzində şəxsi avadanlıqdan istifadə etmək olarmı?
    C.Bəli, şəxsi avadanlıqdan (siçan, klaviatura, coystik və s.) istifadə etmək olar, lakin bunun üçün zəruri olan dravyerləri gətirməlisiniz. Simsiz avadanlıqdan istifadə etməyi məsləhət görmürük!
  • S. Müsabiqədə bir neçə oyun üzrə iştirak etmək mümkündürmü?
    C.Xeyr, yalnız bir oyun üzrə iştirak etmək mümkündür.
  • S. Avadanlığın quraşdırılması və oyunun konfiqurasiyası üçün nə qədər vaxt nəzərdə tutulub?
    C.10 dəqiqə.
  • S. Əlavə məlumat almaq üçün hara müraciət etmək lazımdır?
    C.Müsabiqə ilə bağlı hər bir məlumatı siz saytın "Əlaqələr" bölməsində əldə edə bilərsiniz. Sizi maraqlandıran digər məlumatları həmçinin forumda iştirak etməklə əldə etmək olar.
    Əlaqə üçün: Vaqif prospekti, 11, 2-ci mərtəbə AZ1007, Azərbaycan, Bakı
    2010@wcg.az